Asamoa 12 milyona satılmır
İtaliya «Udineze»si Kvadvo Asamoanı 12 milyon avroya «Mançester Yunayted»ə satmaq istəmir. İdman.com.az saytının məlumatına görə, «qırmızı şeytanlar»dan futbolçu üçün gələn təklifi apenninlilər rədd ediblər.

«Udineze»nin futbolçu üçün nə qədər pul istədiyi açıqlanmır. «Mançester Yunayted»sə hələlik təklif etdiyi 12 milyon avrodan yuxarı qalxmağı düşünmür.

Ötən mövsümdə Asamoa «Udineze»nin heyətində İtaliya çempionatında 30 oyun keçirib və 3 qol vurub.

Xəbər 896 dəfə oxundu.