Millimiz səfərdə Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək
Bu gün futbol üzrə Azərbaycan millisi səfərdə Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Bəhreyn Milli Stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 745 dəfə oxundu.