U-19 komandamız albaniyalı həmyaşıdlarına qalib gəlib
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə qrup mərhələsində sonuncu oyununu keçirib.

Portuqaliyadakı “Cidade Desportiva do SC Braga” stadionunda Albaniya yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə rəqibi məğlub edib.

Millimiz Portuqaliya və Almaniya komandaları ilə görüşdə 0:6 hesabı ilə məğlub olub.

Xatırladırıq ki, millimiz seçmə mərhələni üçüncü yerdə başa vurub.


Xəbər 712 dəfə oxundu.