Yaponiya Qran-Prisinin birinci məşqində Qaslinin Yamamoto ilə əvəzlənməsi təsdiq edilib
“Toro Rosso”dan bildiriblər ki, “Honda”nın dəstəyi ilə “Super Formula”da və “Super GT”də çıxış edən yapon pilot Naoki Yamamoto Yaponiya Qran-Prisinin birinci məşqində sükan arxasında Pyer Qaslini əvəz edəcək. İkinci məşqdə sükanı yenə də Qasli idarə edəcək.

“Toro Rosso”nun mətbuat xidməti komandanın rəhbəri Frans Tostun bu sözlərini sitat gətirib: “Biz əminik ki, Naoki birinci məşqdə dünyanın ən yaxşı traslarından birində hərəkət etməkdən zövq alacaq. O, istedadlı pilotdur, hazırda Yaponiyanın əsas yürüş seriyalarının çempionudur. Naoki Sudzuka trası ilə yaxşı tanışdır”.

Mövsümün bitməsinə beş mərhələ qalmış “Toro Rosso” 55 xalla Konstruktorlar Kubokunda altıncı yeri tutur.

“Toro Rosso”nun heyətində çıxış edən rusiyalı pilot Daniil Kvyatın aktivində 33 xal var və o, şəxsi hesabda 12-ci yerdədir.

AZƏRTAC

Xəbər 800 dəfə oxundu.