Həndbol üzrə XXVII Azərbaycan çempionatı keçiriləcək | |
Oktyabrın 9-da həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək. Budəfəki yarışlarda səkkiz komanda bacarığını nümayiş etdirəcək. Kişilərin çempionatında “Məhsul”, “Bakı”, “Təhsil” və “U-18” qələbə uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə “Azəryol”, “Azərsu”, “Qarabağ” və “İdman Akademiyası” kollektivləri qüvvəsini sınayacaq. XXVII Azərbaycan çempionatı oktyabrın 9-da saat 13:00-da “Azərsu” – “Azəryol” görüşü ilə başlanacaq. Həmin gün saat 15:00-da “Qarabağ” komandası “İdman Akademiyası” ilə üz-üzə gələcək. Kişilərdən ibarət komandaların mübarizəsinə isə oktyabrın 12-də start veriləcək. Həndbol həvəskarları ilk turda “Təhsil”- “Məhsul” və “Bakı” – “U-18” qarşılaşmalarını izləyə biləcəklər. Görüşlər müvafiq olaraq saat 17:00 və 19:00-da başlanacaq. Qeyd edək ki, Azərbaycan çempionatının oyunları “ABU Arena”da keçiriləcək. |
|
Xəbər 935 dəfə oxundu. |
|
|