Mario Balotelli: «İtaliya» üçün darıxsam da, «Siti»də qalacağam»
«Mançester Siti»nin forvardı Mario Balotelli yay transfer dövründə komandanı tərk edəcəyi barədə şayiələrə münasibətini bildirib. İdman.com.az saytının məlumatına görə, o, gələcək taleyi ilə İngiltərə mətbuatına bununla bağlı belə deyib:

«Həqiqətən də İtaliyadan ötrü darıxıram. Lakin İngiltərədə oynamaqdan əsl həzz alıram. Düşünürəm ki, «Mançester Siti»də qalacağam. Bu mövsüm daha yaxşı oynaya bilərdim. Hətta belə də yox: mən daha yaxşı olmalı idim. Damia oyunumu yaxşılaşdırmağa çalışıram. «Mançester Siti»nin də qalib gəlməsi çox vacibdi. Ümid edirəm ki, gələn mövsüm daha böyük qələbələrimiz olacaq. Kim bilir, bəlkə də Çempionlar Liqasının qalibi olacağıq».

Xəbər 961 dəfə oxundu.