“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Sevilya” səfərdə məğlub olub | |
Oktyabrın 6-da futbol üzrə İspaniya La Liqasının 8-ci turun mərkəzi qarşılaşması keçirilib. Turun sonuncu görüşü “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sevilya” və son çempion “Barselona” komandaları arasında oynanılıb. Görüş “Baraelona”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Kataloniya təmsilçisinin heyətində Luis Suares, Arturo Vidal, Osman Dembele və Lionel Messi fərqləniblər. Bu qələbədən sonra xalların sayını 16-ya çatdıran “Barselona” turnir cədvəlində ikinci yerə yüksəlib. “Sevilya” isə 13 xalla 6-cı yerdə qərarlaşıb. |
|
Xəbər 740 dəfə oxundu. |
|
|