Radamel Falkao: «Atletiko»dan getməyi düşünmürəm
«Atletiko»nun forvardı Radamel Falkao onun bu yay transfer dövründə klubu tərk edəcəyi barədə söz-söhbətə münasibətini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, o gələcək taleyi ilə İspaniya mətbuatına bunları deyib:

«Bilirəm ki, bir neçə klub mənim xidmətimdə maraqlıdı. Əlimdə «Atletiko» ilə 4-illik müqaviləm var və klubu dəyişməyi əsla düşünmürəm. «Atletiko»nun qarşısında ciddi sınaqlar durur və biz komandanın əsasını qorumalıyıq».

Bir qədər öncə məlum olmuşdu ki, «Çelsi» də Falkaoya maraq göstərir. AS qəzetinin yazdığına görə London klubu onun əvəzində Fernandho Torresi və əlavə 15 milyon avro təklif edir.

Xəbər 1365 dəfə oxundu.