Şamaxıda sərbəst güləş üzrə VII açıq respublika turniri keçirilir
Şamaxıda Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII açıq respublika turniri keçirilir.

Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan ənənəvi yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparırlar. Bütün bölgələrdən və idman cəmiyyətlərindən güləşçilərin qatıldığı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edirlər. Böyük marağın olduğu yarışda 350-dək yeniyetmə pəhləvan çıxış edir.


Xəbər 693 dəfə oxundu.