Futbol üzrə Azərbaycan Premyer Liqasının yeddinci turuna start verilib
Oktyabrın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında yeddinci tura start verilib.

Turun açılış görüşündə "Sumqayıt" öz meydanında “Keşlə"ni qəbul edib. "Kapital Bank Arena"da keçirilən qarşılaşma heç-heçə yekunlaşıb - 0:0.

Bu oyundan sonra xallarının sayını 11-ə çatdıran "Keşlə" turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. "Sumqayıt" isə 7 xalla altıncı yerdədir.

Turun bu gün keçirilən ikinci matçında “Neftçi" komandası "Səbail" klubu ilə qarşılaşır.

Oktyabrın 6-da isə "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları keçiriləcək.

Xəbər 703 dəfə oxundu.