“Baku Triathlon 2019” turniri keçiriləcək
Oktyabrın 6-da Avropa Oyunları Parkında həvəskarlar arasında “Baku Triathlon 2019” turniri keçiriləcək.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarış sprint məsafəsi üzrə baş tutacaq.

İştirakçılar 0,5 kilometr üzgüçülük, sonra velosipedlə 20 kilometr qət etmə və 5 kilometr qaçışla məsafəni tamamlayacaqlar.

Müxtəlif yaş kateqoriyasında keçiriləcək turnirdə komanda estafetində də qaliblər müəyyənləşəcək.

Xəbər 686 dəfə oxundu.