Ferqyuson qan içində
«Mançester Yunayted»in baş məşqçisi Aleks Ferqyuson burnundan qan açılması səbəbindən xəstəxanaya aparılıb. O, Qlazqoya yerli «Reyncers»in Avropa Kuboklar Kubokundakı qələbəsinin 40 illiyini qeyd etməyə gəlib. 1000 nəfərin iştirak etdiyi tədbirdə son anda bildiriblər ki, Ferqyuson şəxsi səbəblərdən onlara qatıla bilməyəcək.

İdman.com.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin başına gələnlər avtodayanacaqda olub. Həmin an onun köməyinə 60-cı illər «Reyncers»indəki komanda yoldaşları gəliblər. Hər ehtimala qarşı onu xəstəxanaya çatdırıblar. Sonradan həkimlər məşqçini müayinə etdikdən sonra ciddi bir şey olmadığını bildirərək, yola salıblar.

Xəbər 921 dəfə oxundu.