Rafael Ağayev Moskvada keçirilən Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib
Rafael Ağayev Moskvada keçirilən Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib.

Turnirdə 75 kiloqram çəki dərəcəsində mübarizə aparan R.Ağayev mərakeşli Yassin Sekuri, Rodriqo İbanez (İspaniya) və Slovakiya təmsilçisi Matus Lieskovskini məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda karateçimizin rəqibi İran təmsilçisi Bəhmən Əsgəri olub. Rəqibinə qalib gələn R.Ağayev turnirin finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə karateçimizin rəqibi qazaxıstanlı Yermek Aynəzərov olacaq. Görüş oktyabrın 6-da keçiriləcək.
Digər karateçimiz Nuranə Əliyeva (50 kq) isə bürünc medal uğrunda görüşdə yaponiyalı Miho Miyahara ilə qarşılaşacaq.
Karate1 Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 idmançı yarışır.

Xəbər 733 dəfə oxundu.