Taekvondoçumuz Avropa birinciliyində bürünc medal qazanıb
Azərbaycan taekvondoçusu Səyyad Dadaşov İspaniyanın Marina Dor şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində bürünc medal qazanıb.

Qitə birinciliyində 51 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bolqarıstanlı, niderlandlı və serbiyalı idmançılara qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda macarıstanlı taekvondoçuya uduzan S.Dadaşov yarışı bürünc medalla başa vurub.

Xəbər 707 dəfə oxundu.