Futbol üzrə qadınlardan ibarət Azərbaycan və İspaniya yığmaları arasında matç keçirilib
La-Korunyadakı “Riasor” stadionunda futbol üzrə qadınlardan ibarət Azərbaycan və İspaniya yığmaları arasında matç keçirilib.

BU oyun AVRO-2021-in seçmə turnirində birinci matç idi.

Oyuna Paula Bredinin başçılığı ilə irlandiyalı arbitrlər briqadası xidmət edirdi.

Matç İspaniya yığmasının xeyrinə 4:0 hesabı ilə başa çatıb.

AZƏRTAC

Xəbər 738 dəfə oxundu.