UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlanıb
Oktyabrın 4-də UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun ən yaxşı qolu bəlli olub.

Hollandiyanın “Ayaks” komandasının futbolçusu Hakim Ziyeçin İspaniyanın “Valensiya” klubuna uzaq məsafədən vurduğu qol həftənin ən yaxşısı seçilib.

Qeyd edək ki, “Ayaks” səfərdə “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib. Mərakeşli yarımmüdafiəçi həmin görüşdə ilk qolun müəllifi olub.


Xəbər 858 dəfə oxundu.