Azərbaycanda ilk dəfə budo – yapon döyüş sənətləri festivalı keçiriləcək
Oktyabrın 5-də Yaponiya səfirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə Azərbaycanda ilk dəfə budo - yapon döyüş sənətləri festivalı keçiriləcək.

Bakı İdman Sarayında təşkil olunacaq festivalda karate, cüdo, kendo, aikido, ciu-citsu, sumo kimi döyüş növlərinin nümayəndələri iştirak edəcəklər.

Budo yapon döyüş sənətlərinin birləşməsidir.

Yapon mədəniyyətini və döyüş sənətlərini təbliğ etmək məqsədi daşıyan festival ziyarətçilərinə müxtəlif döyüş sənətləri ilə tanış olmaq imkanı yaradılacaq. Festival çərçivəsində Yaponiya döyüş sənətinin altı növü - aikido, karate, kendo, cüdo, ciu-citsu və sumo təqdim olunacaq. Bununla yanaşı, festivalda digər ölkələrin müxtəlif döyüş sənətləri üzrə usta idmançılarının çıxışları da nəzərdə tutulur.

Oktyabrın 5-də açılışı olacaq festivalda Yaponiyanın mədəniyyətinin, mətbəxinin, şirkətlərinin, idman federasiyalarının və təşkilatlarının stendlərinin sərgisi təşkil ediləcək.

Xəbər 710 dəfə oxundu.