Azərbaycan badmintonçuları Bolqarıstanda keçirilən beynəlxalq turnirin qoşa yarışında mübarizə aparırlar
Azərbaycan badmintonçuları Səbuhi Hüseynov və Cahid Əlhəsənov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Bulgarian International Championship 2019” turnirində iştirak edirlər.

Kişilərin şəxsi yarışında S.Hüseynov ilk görüşünü Yunanıstan badmintonçusu Axilleas Tsartsidisə qarşı keçirib. Badmintonçumuz rəqibini 2:1 hesabı ilə məğlub edib. Lakin S.Hüseynov növbəti mərhələdə italiyalı Ciovani Totiyə 2:0 hesabı ilə uduzub.

Digər badmintonçumuz C.Əlhəsənov isə təsnifat mərhələsi çərçivəsində ilk oyununda ingiltərəli Loyd Skinnerlə qarşılaşıb. Gərgin keçən görüşdə badmintonçumuz rəqibinə qalib gələ bilməyib - 0:2.

Oktyabrın 4-də kişi badmintonçuların qoşa yarışında mübarizəyə səkkizdəbir finaldan başlayacaq S.Hüseynov-C.Əlhəsənov cütünün rəqibi çexiyalı Jiri Bureş-Ondrej Helar - Anton Monnberq-Paul Yesper (Finlandiya) görüşünün qalibi olacaq.

Xəbər 861 dəfə oxundu.