Qattuzo «Latsio»ya keçə bilər
Roma «Latsio»su «Milan»ın yarımmüdafiəçisi Cennaro Qattuzo ilə bağlana biləcək müqaviləni nəzərdən keçirir. İdman.com.az saytının məlumatına görə, 34 yaşlı havbek milanlılarla müqaviləsini uzatmaq fikrində deyil. O, komandanı sərbəst agent kimi tərk edəcək. Futbolçunun agenti bir qədər öncə bildirmişdi ki, müştərisi bir neçə klubdan təklif alıb.

Qattuzo öz peşəkar karyerasını 4 klubda keçirib. İlk olaraq İtaliyada «Peruca»nın formasını geyinmiş futbolçu, ölkəsindən xaricdə Şotlandiyada Qlazqo «Reyncers»inin şərəfini qoruyub. Daha sonra isə vətənində «Salernitana» və «Milan»da oynayıb.

Xəbər 1090 dəfə oxundu.