Qadın futbolçulardan ibarət Azərbaycan millisi İspaniya komandası ilə qarşılaşacaq
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində bu gün ilk oyununu keçirəcək.

Komandamız La Coruna şəhərindəki “Estadio Municipal de Riazor” stadionunda saat 23:30-da İspaniya millisi ilə qarşılaşacaq.

Oyunu irlandiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Paula Bradi olacaq. Ona Miçelle O`Neill və Olivia Sneyd kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orla Devaney yerinə yetirəcək.

Xəbər 723 dəfə oxundu.