UEFA Avropa Liqasının ikinci turunun ən yaxşı oyunçusu adına iddialı namizədlər
Oktyabrın 4-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci turunun ən yaxşı oyunçusu olmaq uğrunda iddialı namizədlərin adları açıqlanıb.

Qrup mərhələsinin ikinci turunun qarşılaşmalarında apardıqları mübarizəyə görə həftənin ən yaxşı futbolçusu adına Daniel Malen (PSV, Hollandiya), Qabriel Martinelli (“Arsenal”, İngiltərə), Məhəmməd Elyunusi (“Seltik”, Şotlandiya) və Rafel Forstel (“Ludaqorec”, Bolqarıstan) iddialıdır.

Xəbər 743 dəfə oxundu.