“Düdelanj” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb
UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində “Düdelanj” və “Qarabağ” klubları arasında oktyabrın 3-də keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

“Jozi Bartel” stadionunda təşkil olunacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Xayme Romero, Zubir və Maqaye Qeye yer alıblar.

“Düdelanj”ın heyətində isə meydana Conatan Juber, Tom Şnell, Mario Pokar, Daniel Sinani, Dominik Stols, Thibaut Lesquoy, Mikael Qaros, Antoine Bernye, Məhəmməd Buçuari, Sabir Bouqrine və Loren Mendi çıxacaqlar.

Qarşılaşma şotlandiyalı hakimlər briqadasına tapşırılıb. Görüşün əsas referisi Con Bitondur. Ona həmyerliləri Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Donald Robertson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Norveçli Yon Eylif Skyervold matçın hakim-inspektoru, avstriyalı Maykl Zoratti isə UEFA nümayəndəsi olacaq.

A qrupunda yer alan ağdamlıların digər rəqibləri Kiprin APOEL və İspaniyanın “Sevilya” komandaları üz-üzə gələcək.

İlk turdan sonra turnir cədvəlinə aktivlərində 3 xal olan “Düdelanj” və “Sevilya” klubları başçılıq edir. Sıfır xalları olan “Qarabağ” və APOEL üçüncü və dördüncü yerləri bölüşürlər. İlk turda “Qarabağ” öz meydanında “Sevilya”ya (3:0) məğlub olub. “Düdelanj” isə səfərdə APOEL-dən güclü olub (4:3).


Xəbər 738 dəfə oxundu.