Havutçu ilə yollar ayrılır
«Beşikdaş»da bu həftə əhəmiyyətli keçid gözlənilir. İdman.com.az saytının məlumatına görə, «ağ-qaralar»ın baş məşqçisi Tayfur Havutçu həftənin ilk günlərində istefasını klubun idarə heyətinə təqdim edəcək.

Bununla da klubda Tayfur Havutçu dönəmi sona çatmış olur. Tayfur Havutçunun «Beşikdaş»dakı vəzifəsindən ayrılmasının ardından yeni sükançı üçün hərəkətə keçiləcək. Komanda rəhbərliyinin gündəmində olan əsas ad alman Ralf Raqnikdi.

«Beşikdaş»ın təklifinə prinsipcə razılığını verən alman mütəxəssis Tayfur Havutçunun istefası tam rəsmiləşəndən sonra yekun işlərin həlli üçün ağ-qaralarla masaya oturulacaq.

Xəbər 938 dəfə oxundu.