Formula 1 SOCAR Azərbaycan Qran-Prisində 30 ölkədən 100 əcnəbi marşal iştirak edib
Bu il aprelin 26-28-də Bakıda keçirilən SOCAR Azərbaycan Qran-Prisi beynəlxalq məsləhətçilər olmadan birbaşa “Bakı Şəhər Halqası” (BŞH) Əməliyyat Şirkətinin təcrübəsi ilə təşkil etdiyi ilk Formula 1 yarışıdır.

Azsport.az BŞH-yə istinadla xəbər verir ki, ümumilikdə SOCAR Azərbaycan Qran-Prisinə hazırlıq prosesində 13 mindən çox işçi qüvvəsi iştirak edib. Yarışda yer almaq üçün xaricdən 500-dən çox marşalın müraciəti qeydə alınıb. Onların arasından seçilmiş 100 marşal 30 ölkəni təmsil edib. Yarışa ümumilikdə 1500 marşal qatılıb.

Qeyd edək ki, 2019-cu ildə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas olub. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurub. Onun komanda yoldaşı Luis Hamilton ikinci pillədə yer alıb. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamlayıb.

Xəbər 734 dəfə oxundu.