Azərbaycan badmintonçuları Bolqarıstanda beynəlxalq turnirində iştirak edirlər
Azərbaycan badmintonçuları Səbuhi Hüseynov və Cahid Əlhəsənov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Bulgarian International Championship 2019” turnirində iştirak edirlər.

Kişilərin şəxsi yarışında S.Hüseynov ilk görüşünü Yunanıstan badmintonçusu Axilleas Tsartsidisə qarşı keçirəcək. C.Əlhəsənov isə təsnifat mərhələsi çərçivəsində ilk oyununda ingiltərəli Loyd Skinnerlə qarşılaşacaq.

Kişi badmintonçuların qoşa yarışında mübarizəyə səkkizdəbir finaldan başlayacaq S.Hüseynov-C.Əlhəsənov cütünün rəqibi çexiyalı Jiri Bureş-Ondrej Helar - Anton Monnberq-Paul Yesper (Finlandiya) görüşünün qalibi olacaq.

Qeyd edək ki, badmintonçularımız kişilərin şəxsi yarışında ilk oyunlarını oktyabrın 3-də, qoşa yarışda isə bir gün sonra keçirəcəklər.

Xəbər 810 dəfə oxundu.