Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə “ComplexCore+” təlimləri bu dəfə cüdoçular arasında keçirilib
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə Avstriyanın “ComplexCore+” təlimçi qrupu tərəfindən Bakıda məşq və fiziki terapiya üçün fiziki hərəkətləri seçməkdə və planlaşdırmaqda dəstək göstərən “ComplexCore+” təlimləri davam edir.

Oktyabrın 3-də növbəti təlim Avstriyalı mütəxəssislər tərəfindən cüdoçulara arasında baş tutub. Cüdoçular üçün testlər oktyabrın 4-dək davam edəcək. Məlumat üçün bildirək ki, “ComplexCore+” təlimi ərəfəsində cüdoçuların əzələ funksiyaları, bədənin sabitliyi, bədən tərkibi, ürəyin funksionallığına nəzarət olunacaq.

Qeyd edək ki, təlim üçsəviyyəli olub, nəzəri və təcrübi hissələrdən ibarətdir. Nəzəri hissə funksional anatomiya üzrə təməl biliklərini, fiziki məşq nümunələrini, eləcə də hərəkətin skrininqi və motor bacarıqlarının qiymətləndirilməsi kimi idman tibbinin prinsipləri üzrə ətraflı məlumatı özündə ehtiva edir. Təcrübi hissədə isə bu sistemlə tanış olmaq üçün çoxsaylı müxtəlif fiziki hərəkətlər təqdim edilir. Oktyabrın 5-də “ComplexCore+” təliminin birinci səviyyəsi və oktyabrın 6-da isə ikinci və üçüncü səviyyələrinin keçirilməsi planlaşdırılıb. Təlimlər peşəkar təlimçi Roman Yahoda tərəfindən aparılır.


Xəbər 944 dəfə oxundu.