Şamaxıda keçiriləcək VII açıq respublika turnirinə yeddi ölkədən güləşçilər qatılacaqlar
Oktyabrın 5-6-da Şamaxıda Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII açıq respublika turniri keçiriləcək.

Azsport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq ənənəvi yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparacaqlar. Bütün bölgələrdən və idman cəmiyyətlərindən güləşçilərin qatılacağı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edəcəklər. Böyük marağın olduğu yarışda 300-dən artıq yeniyetmə pəhləvan çıxış edəcək.

Xəbər 655 dəfə oxundu.