Formula 1 SOCAR Azərbaycan Qran-Prisini 90,2 milyon televiziya tamaşaçısı canlı izləyib
Bu ilin aprelində keçirilən Formula 1 Azərbaycan Qran-Prisini 90,2 milyon tamaşaçı televiziyadan birbaşa izləyib. Əvvəlki illə müqayisədə bu göstərici 10 faiz çoxdur.

Azsport.az “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə istinadla xəbər verir ki, Azərbaycan Qran-Prisi haqqında 37 mindən çox xəbər yayımlanıb. Bu xəbərlərin ümumi dəyəri 131 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə 307 milyon nəfər bu və ya digər şəkildə Bakı yarışı haqqında məlumatlandırılıb.

Qeyd edək ki, bu il aprelin 26-28-də keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas olub. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurub. Onun komanda yoldaşı Luis Hamilton ikinci pillədə yer alıb. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamlayıb.


Xəbər 693 dəfə oxundu.