"Qarabağ" bu gün qrup mərhələsində ikinci oyununu keçirəcək
UEFA Avropa Liqası turnirində mübarizə aparan "Qarabağ" bu gün qrup mərhələsində ikinci oyununu keçirəcək. Lüksemburqdakı "Stade Josy Barthel"də, saat 23:00-da “Düdelanj” komandası ilə keçirələcək və CBC Sport televiziya kanalında canlı yayımlanacaq oyunu Şotlandiyadan olan hakimlər idarə edəcəklər:

Bu gün saat 23:00: “Düdelanj” (Lüksemburq) – “Qarabağ”
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Daniel Makfarleyn, Duqlas Potter
Dördüncü hakim: Donald Robertson
(Hakimlər briqadası Şotlandiyadandır)
Hakim-inspektor: Con Eilif Skyervold (Norveç)
UEFA nümayəndəsi: Mixael Zoratti (Avstriya)

Xəbər 711 dəfə oxundu.