“Zirvəçilər” beynəlxalq turnirdə uğur qazandılar
27-29 sentyabr tarixlərində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş “Olimpiya ümidləri” ənənəvi beynəlxalq turnir keçirilib. Yarış 6-13 yaşlı uşaqlar arasında təşkil olunub. Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini icmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turnir “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilib.

Turnirdə Azərbaycandan başqa, Özbəkistan, Türkmənistan və Ukraynadan 30 regionu təmsil edən 65 klubun tərkibində 734 aşağı yaşlı karateçi mübarizə aparıb. Onların arasında “Zirvə” Beynəlxalq İdman Klublarının təmsilçiləri də olub. Sevindiricidir ki, idmançılarımız məşqçi Rüstəm Əkbərovun rəhbərliyi altında çox uğurlu çıxış nümayiş etdiriblər. 8 qızıl və 2 bürünc mükafata sahib olan “Zirvə” komanda hesabında ikinci yeri tutub.

Müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə medal qazanan idmançılarımızın adlarını təqdim edirik:

6 yaş
20 kq. Ramil Hüseynov – qızıl medal.

7 yaş
20 kq. Hüseyn Abdullayev – bürünc medal
+28 kq. Murad Şövlətov – qızıl medal.

8 yaş
28 kq. İsmayıl Məşədiyev – qızıl medal.
33 kq. Murad Qədirov – bürünc medal.
+38 kq. Şamo Kamilov – qızıl medal.

10 yaş
35 kq. Murad Dinç – qızıl medal.

12-13 yaş
45 kq. Hüseyn Hüseynov – qızıl medal
55 kq. Xudaş Ağayev – qızıl medal

Xəbər 1008 dəfə oxundu.