UEFA Çempionlar Liqasının ikinci turunda ən yaxşı qolun müəllifi kim olacaq
Oktyabrın 3-də UEFA Çempionlar Liqasının ikinci turunda ən yaxşı qolun müəllifi adına iddialı namizədlər müəyyənləşib.

Azsport.az UEFA-nın saytına istinadla xəbər verir ki, həftənin ən yaxşı qolu nominasiyasının qalibi “Ayaks”ın yarımmüdafiəçisi Hakim Zireçin “Valensiya”nın, “Bavariya”nin müdafiəçisi Coşua Kimixin “Tottenhem”in, “Barselona”nin huçümcusu Luis Suaresin “İnter”in, “Liverpul”un futbolçusu Sadio Manenin isə “Zaltsburq”un qapısından keçirdiyi qollar arasından seçiləcək.

Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində oktyabrın 5-də müəyyənləşəcək.

AZERTAC

Xəbər 740 dəfə oxundu.