UEFA Gənclər Liqası: “Qəbələ” komandası APOEL ilə heç-heçə edib | |
Oktyabrın 2-də UEFA Gənclər Liqası turnirindəki təmsilçimiz “Qəbələ” komandası Kiprin APOEL klubu ilə qarşılaşıb. Nikosiya şəhərindəki “Makarion” stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Furkat Atacanov olub. Komandalar arasında növbəti oyun oktyabrın 24-də saat 14:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. |
|
Xəbər 1046 dəfə oxundu. |
|
|