U-19 komandamız portuqaliyalı həmyaşıdları ilə qarşılaşıb
Futbol üzrə 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız birinci oyununu keçirib.

Portuqaliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

U-19 növbəti oyununu oktyabrın 5-də Almaniya yığmasına qarşı keçirəcək.


Xəbər 726 dəfə oxundu.