Nərd üzrə Ağcabədi turnirinə yekun vurulub
Ağcabədi Pedaqoji Kollecinin idman zalında rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə nərd idman növü üzrə rayon turniri keçirilib.

Gənclər arasında keçirilən yarışda Muxtar Qasımov birinci olub. Əli Nemətli turniri ikinci, Qoşqar Kərimli isə üçüncü pillədə başa vurublar.

Mükafatçılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.


Xəbər 683 dəfə oxundu.