“Araz” futzal klubu iştirak ərizəsini UEFA-ya göndərib
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz” futzal klubu oyunçuların siyahısını qitənin ali futbol qurumuna göndərib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz 12 oyunçu ilə mübarizə aparacaq.

İştirak ərizəsinə qapıçılar - Rövşən Hüseynli, Vladislav Reznov, oyunçular - Hadi Ahmadi, İsa Atayev, Xətai Bağırov, Murilo Borges Souza, Ramiz Çovdarov, Rizvan Fərzəliyev, Nihad İsmayılov, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocayenin adı daxil edilib.

Qeyd edək ki, oyunlar oktyabrın 9-da, 10-da və 12-də Belçikada keçiriləcək. Təmsilçimiz müvafiq olaraq Belçikanın “Halle-Gooik”, Portuqaliyanın “Benfina” və Ukraynanın “Xerson” klubu ilə qarşılaşacaq. Qrupda ilk 3 yeri tutan komanda elit-raunda vəsiqə qazanacaq.

Xəbər 706 dəfə oxundu.