Azərbaycanın U-19 komandası Portuqaliya yığması ilə qarşılaşacaq
19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığma komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində birinci oyununu keçirəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz Portuqaliya yığması ilə qarşılaşacaq.

Yığmamız oktyabrın 5-də Almaniya, üç gün sonra isə Albaniya ilə üz-üzə gələcək.

Millimizin yer aldığı qrupun oyunlarına Portuqaliya ev sahibliyi edir.

Xəbər 703 dəfə oxundu.