Azərbaycanın üç yeniyetmə taekvondoçusu Avropa birinciliyində medala sahib olub
İspaniyada keçirilən yeniyetmə taekvondoçular arasında Avropa birinciliyinin ilk günündə Azərbaycan yığma komandasının üç üzvü uğurla çıxış edərək medal qazanıb.

Qitə birinciliyində dayanaq üzərinə çıxan Zemfira Həsənzadə (29 kq) və Pünhan Mürsəlov (41 kq) gümüş, Şamil Mirzəyev (33 kq) isə bürünc medala sahib olublar.

Yığma komandamız yarışda baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında iştirak edir.

Qitə birinciliyinə oktyabrın 3-də yekun vurulacaq.

Xəbər 936 dəfə oxundu.