“Qəbələ” klubu UEFA Gənclər Liqasında ilk oyununu keçirəcək
Bu gün UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ” futbol klubu ilk oyununu keçirəcək.

Kiprin APOEL komandasına qarşı keçiriləcək oyunu Qazaxıstandan olan hakimlər idarə edəcək. Matçın baş hakimi Furkat Atacanov olacaq. Ona Denis Labaşov və Sergey Kalaçov kömək edəcəklər. Dördüncü hakim funksiyasını kiprli Kiriakos Kristodoulou yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi Vasko Doyçinovski (Şimali Makedoniya), hakim-inspektoru isə Xristos Nikolaidis (Kipr) olacaq.

Nikosiya şəhərindəki “Makarion” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbər 710 dəfə oxundu.