UEFA-da Avro-2020 ilə bağlı görüş
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 12 şəhərdə fəaliyyət göstərən işçi qrupların iştirakı ilə görüş keçirilir. Bu gün başlayan və sabah – oktyabrın 2-də yekunlaşacaq görüşdə Avro-2020-nin Bakıda keçiriləcək 4 oyununun hazırlığı ilə məşğul olan Əməliyyat Qrupunun üzvləri iştirak edir.

Xəbər 698 dəfə oxundu.