Kross qaçışı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçirilib.

Yarışda 8 klubun idmançıları mübarizə aparıblar.

Qadınların yarışında 1 kilometr məsafəyə qaçış yarışlarında Samirə Cəbrayılzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Günel Manafova 2, Natavan Etibarova 4, Anna Yusupova isə 6 kilometr məsafəyə qaçış yarışlarında fərqləniblər.

Kişilərin mübarizəsində Mahmud Mehdiyev 2, Nadir Əliyev 3, Eldar Qəzənfərov 6, Elman Abışov isə 10 metr məsafəyə qaçışda qızıl medal qazanıblar.

İlk üçlüyü tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 671 dəfə oxundu.