Futzal üzrə Yüksək Liqada üçüncü turun oyunları keçirilib
Futzal üzrə Yüksək Liqada üçüncü turun oyunları keçirilib.

Günün ilk matçında arxada qalan 2 turda qələbə qazana bilməyən komandalar - “Marafon” və “Record club” qarşılaşıblar. Daha təcrübəli oyunçulardan qurulmuş “Marafon” fasiləyə qədər 3 cavabsız top vurub. İkinci hissədə də üstünlüyünü qoruyan “Marafon” 3 xal “siftəsi”ni edib. Görüş “Marafon”un 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun ikinci oyunu “Xızı” və “Bakı” komandaları arasında keçirilib. Turnir cədvəlində də bir-birinə yaxın olan komandaların görüşünü tələbələrdən təşkil olunan “Bakı” qazanıb – 3:1.

“Neftçi” və EKOL komandaları arasında baş tutan mərkəzi oyunda fasiləyədək komandalar hərəyə 2 qol vurublar. İkinci hissədə “Neftçi” daha 2 qol vurub və hesabı lehinə çevirib. Sonrakı dəqiqələrdə də tərəflər hərəyə bir dəfə qapı torunu silkələyiblər. Yekunda “Neftçi” əzəli rəqibini 5:3 hesabı ilə məğlub edərək turnir cədvəlindəki üç hakimiyyətliliyi azaldıb.
Debütantlar “Permier” və “Baku Fire”in duelindən Birinci Liqanın son çempionu qalib ayrılıb. Görüş “Baku Fire”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Tura “Araz”-“Yasamal” oyunu ilə yekun vurulub. “Araz” böyük hesablı qələbə qazanmaqla zirvədəki mövqeyini də qorumuş olub – 14:3.

Yüksək Liqada növbəti turun oyunları oktyabrın 4-də keçiriləcək.

Doqquz xala malik “Araz” və “Neftçi” turnir cədvəlində ilk iki pillədə yer alıblar. EKOL, “Baku Fire” və “Bakı” 6 xalla 3-5-ci yerdə qərarlaşıblar.

Xəbər 714 dəfə oxundu.