Azərbaycan badmintonçuları Bolqarıstanda keçiriləcək beynəlxalq turnirə hazırlığı davam etdirirlər
Azərbaycan badmintonçuları Səbuhi Hüseynov və Cahid Əlhəsənov oktyabrın 3-6-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək “Bulgarian International Championship 2019” turnirinə hazırlıqlarını davam etdirirlər.

Oktyabrın 1-də Badminton Mərkəzində milli komanda üzvlərinin mətbuat nümayəndələri üçün açıq məşqi keçirilib. Kişilərin şəxsi və qoşa yarışında mübarizəyə təsnifat mərhələsindən başlayacaq badmintonçularımızın ilk rəqibləri də məlumdur. Kişilərin şəxsi yarışında S.Hüseynov ilk görüşünü Yunanıstan badmintonçusu Axilleas Tsartsidisə qarşı keçirəcək. C.Əlhəsənov isə təsnifat mərhələsi çərçivəsində ilk oyununda ingiltərəli Loyd Skinnerlə qarşılaşacaq.

Kişi badmintonçuların qoşa yarışında mübarizəyə səkkizdəbir finaldan başlayacaq S.Hüseynov-C.Əlhəsənov cütünün rəqibi çexiyalı Jiri Bureş-Ondrej Helar - Anton Monnberq-Paul Yesper (Finlandiya) görüşünün qalibi olacaq.

Qeyd edək ki, badmintonçularımız kişilərin şəxsi yarışında ilk oyunlarını oktyabrın 3-də, qoşa yarışda isə bir gün sonra keçirəcəklər.

Xəbər 822 dəfə oxundu.