Binəqədidə məktəblilər arasında şahmat birinciliyi keçirilib
Sentyabrın 25-də Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində məktəblilər arasında şahmat birinciliyi keçirilib.

Yekun nəticələrə görə, 244 saylı tam orta məktəb birinci, 246 saylı məktəb-liseyin komandası ikinci, 126 saylı tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.

Xəbər 730 dəfə oxundu.