AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri UEFA-nın seminarında iştirak edəcək
Oktyabrın 2-dən 4-dək Avstriyanın Vyana şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə “Klubların lisenziyalaşdırılması və maliyyə Fair Play-i” mövzusunda seminar keçiriləcək.

Seminarda AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev və qrupun baş eksperti Bəhram Dadaşov iştirak edəcəklər.

Tədbirdə ötən lisenziyalaşdırma mövsümünün icmalı, UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə Fair Play-i üzrə qaydalarında baş vermiş dəyişikliklər, Avropa futbol qurumu tərəfindən hazırlanmış, qitəni əhatə edən Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı, lisenziyalaşdırma üzrə qərarlar və müvafiq nəticələr müzakirə olunacaq.

Xəbər 710 dəfə oxundu.