Millimizin qapıçısı Qazaxıstanda üçüncü olub
“İnstat” şirkəti Qazaxıstanın “Tobol” klubunun statistik göstəricilərini açıqlayıb.

Millimizin üzvü Emil Balayevin çıxış etdiyi komanda Qazaxıstan Premyer Liqasının 28-ci turunda “Jetısu” klubu ilə heç-heçə edib.

Millimizin qapıçısının çıxışı 245 balla qiymətləndirilib və E.Balayev sıralamada üçüncü olub. Qapıya vurulan 6 dəqiq zərbəni dəf edən E.Balayev bu dəfə də qapısından top buraxmayıb.

Ən yüksək göstəriciyə 256 balla Viktor Dmitrenko sahib olub. Ruslan Valiullun 255 balla ikinci pillədə qərarlaşıb.


Xəbər 872 dəfə oxundu.