Fariz Məmmədov Ümumdünya Boks Şurasının 57-ci Konqresində iştirak edəcək
Oktyabrın 20-də Ümumdünya Boks Şurasının (WBC) 57-ci Konqresi start götürəcək.

Meksikanın Kankun şəhərində təşkil olunacaq tədbir bir həftə davam edəcək. Konqres iştirakçıları arasında “Qəbələ” idman klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov da olacaq.

Azərbaycanın peşəkar boks üzrə ilk dünya çempionu oktyabrın 26-dək keçiriləcək tədbirə dəvət alıb.

Xatırladaq ki, F.Məmmədov ötən il Ukraynanın paytaxtı Kiyevdə keçirilən 56-cı Konqresdə də iştirak edib. Həmin vaxt tədbirə 160 ölkədən 700-dən artıq qonaq, o cümlədən Lennoks Lyuis, Evander Holifild, Oskar de la Xoyya, Xulio Sezar Çaves kimi dünya boksunun əfsanələr qatılıb.

Xəbər 879 dəfə oxundu.