“Avro 2020”nin Bakı Könüllülük Proqramının müsahibə mərhələsinə start verilib
Futbol üzrə “Avro 2020”nin Bakı Könüllülük Proqramının müsahibə mərhələsinə start verilib.

Azərtac AFFA-ya istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionunun İnformasiya Mərkəzində keçirilən ilk müsahibə mərhələsində 265 könüllü namizəd iştirak edib.

Dekabrın 28-dək davam edəcək müsahibə mərhələsi bazar ertəsi istisna olmaqla həftənin digər günləri keçiriləcək.

Qeyd edək ki, müsahibə mərhələsinin ilk günündə “Avro 2020”nin Bakı Könüllülük Proqramının səfiri Taleh Yüzbəyov da iştirak edərək könüllü namizədlərlə görüşüb.

Xəbər 697 dəfə oxundu.