Azərbaycan nümayəndə heyəti Balkan Atletika Assosiasiyasının Konqresində iştirak edib
Qətərin paytaxtı Dohada Balkan Atletika Assosiasiyasının Konqresi keçirilib.

Konqresdə ölkəmizi Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və federasiyanın baş katibi Məhərrəm Sultanzadə təmsil ediblər.

Konqresdə Assosiasiyanın 2019-cu ildəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Sonra qurumun rəhbər vəzifələrinə seçkilər keçirilib. Assosiasiya prezidenti Dobromir Karamarinov səsvermə nəticəsində yenidən bu vəzifəyə seçilib. Fateh Çintimar və Slobodan Brankoviç Assosiasiyasının vitse-prezidenti, Florin Florea isə icraiyyə komitəsinin üzvü seçiliblər.

Tədbirdə assosiasiyanın 2020-ci il üçün təqvimi təsdiqlənib.

Xəbər 758 dəfə oxundu.