11 yeniyetmə taekvondoçumuz Avropa çempionatında mübarizə aparacaq
Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan yığma komandası baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə İspaniyanın Marina Dor şəhərinə yollanıb.

Komandamız oktyabrın 1-3-də keçiriləcək Avropa birinciliyinə 11 idmançı ilə qatılacaq. Yığmanın məşqçi heyəti yarışda altı oğlan və beş qız taekvondoçuya şans verəcək.

Millinin heyətində oğlanlardan Şamil Mirzəyev (33 kq), Nihad Məmmədzadə (37 kq), Pünhan Mürsəlov (41 kq), Kənan Əmiraslanov (45 kq), Nizami Hacıyev (53 kq) və Asim Əlimov (63 kq yuxarı) yer alıblar. Qızlardan isə ölkəmizi Zemfira Həsənzadə (29 kq), Fatimə Həsənova (37 kq), Leyla Bəşirova (47 kq), Səmməruh Osmanova (51 kq) və Mədinə Kərimova (59 kq-dan yuxarı) təmsil edəcəklər.

Komandamız Vətənə oktyabrın 4-də qayıdacaq.

Xəbər 982 dəfə oxundu.