Bu gün Teymur Rəcəbov şahmat üzrə dünya kubokunun finalında mübarizəyə başlayır
Sentyabrın 30-da Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin final mərhələsi start götürəcək.

Dünya kubokunun həlledici mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov çinli Liren Dinq ilə qarşılaşacaq. Mükafat fondu 1,6 milyon dollar olan turnirin finalçıları oktyabrın 3-dək dörd oyun keçirəcəklər. Həmin görüşlərin nəticəsində qalib müəyyənləşməsə oktyabrın 4-də tay-brek oynanılacaq.

Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.

Xəbər 701 dəfə oxundu.